Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbində qazanılmış layihənin icrasına Türkiyə və Azərbaycan mütəxəssisləri cəlb edilib.-FOTO
Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbində qazanılmış layihənin icrasına Türkiyə və Azərbaycan mütəxəssisləri cəlb edilib. Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant müsabiqədə qalib olan “Yenilənən məktəb modelləri üçün müəllimin aktiv öyrənmə strategiyaları”adlı layihə dekabr ayından onlayn təlimlərə start verdi. Şəffaflıq.az xəbər verir ki, Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbin direktoru və layihə rəhbəri Gülnurə Babaşovanın müsabiqəyə təqdim etdiyi layihə beynəlxalq layihə olduğu üçün onun icrasına Türkiyə və Azərbaycan mütəxəssisləri cəlb edilmişdir. İlk olaraq təlimi Türkiyənin İstanbul şəhərində yerləşən Moderin Eğitim Fen (MEF)Universitetinin peşəkar mütəxəssisləri apardılar.Onlayn formatda keçən təlim prosesində təlimə 42 nəfər Şamaxı rayonu üzrə müəllim cəlb edilmişdir. Onlara “Sorğuya əsaslanan təhsil”, ”Təhsildə mədəniyyətlərarası ünsiyyət”, ”Beynəlxalq təhsildə öyrənmək və öyrətmək”, ”Təhsildə texnologiyalardan istifadə”, ”İnkişaf psixologiyası və müəllimlik” və “Layihə əsaslı təhsil “mövzularında maraqlı vebinarlar verilmişdir. Təlimlərə bir başa MEF Universitetinin Təhsil İnistitutunun direktoru , professor Mustafa Özcan rəhbərlik etmişdir.Təlim yüksək səviyyədə təşkil edilmiş və təlim iştirakçıları Türkiyəli mütəxəssislərdən aldıqları təlimdən məmnun qalaraq təlim prosesində aldıqları bilikləri dərs dedikləri siniflərdı tətbiq etməyə başlamışlar.Onlayn təlimlərdən sonra müdavimlərə ADPU-nun peşəkar mütəxəssisləri Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbinə ezam olunaraq əyani təlimə start vermişlər. Təlimçilər əyani təlimi həm nəzəri ,həm də praktik formada müdavimlərə təqdim etmiş,onlar tərəfindən hazırlanmış dərs nümunələrinin müzakirələrini aparmışdırlar. Dəyanət İsmayılov. Şəffaflıq.az
Facebook-da paylaş