Əvvəlki illərdə təhsilini başa vurmayan 181 nəfər attestat almaq hüququ qazanıb


Bakı şəhəri üzrə keçirilən eksternat qaydasında aralıq imtahanlarının nəticələri açıqlanıb.

Bu barədə  Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Əvvəlki illərdə ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələrini başa vura bilməyən şəxslər üçün təşkil olunan imtahanlara hər iki səviyyə üzrə ümumilikdə 879 nəfər qatılıb. Onlardan 181 nəfəri uğur qazanıb.

Eksternat imtahanlarında ümumi orta təhsil səviyyəsi üzrə 47 nəfər, tam orta təhsil səviyyəsi üzrə 134 nəfər uğur qazanıb.

Növbəti mərhələdə Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək buraxılış imtahanlarında iştirak edəcək eksternlər müvafiq olaraq ümumi orta və tam orta təhsil haqqında attestat ala biləcəklər.

Qeyd edək ki, eksternat təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyələrini başa vura bilməyən şəxslərə həmin səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.

Şəffaflıq.az



Facebook-da paylaş


{sape_links}{sape_article}