Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Kəpəz" bu gün ilk yoxlama oyununu keçirəcək.


Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Kəpəz" bu gün ilk yoxlama oyununu keçirəcək.

Şəffaflıq.az-ın məlumatına görə, "sarı-göylər" Macarıstanın "MTK Budapeşt" komandası ilə qarşılaşacaq. "Mirakl" təlim bazasının stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

"Qəbələ" isə Antalyadakı ikinci sınaq matçında Almaniyanın “Lukenvalde” klubu ilə üz-üzə gələcək. "Limak Sports Senter"də keçiriləcək oyun Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.

Qeyd edək ki, "qırmızı-qaralar" hazırlıq prosesindəki ilk qarşılaşmasında Rumıniyanın "Sepsi" klubu ilə məhsuldar heç-heçə üsib - 2:2.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}