Erməni deputat: “Paşinyan hamını aldadır, itkin düşənlərin axtarışı aparılmır”
“Ermənistanda 44 günlük müharibə nəticəsində 200-ə yaxın itkin düşənin axtarışı 2022-ci ilin yanvarından dayandırılıb”. Şəffaflıq.az xəbər verir ki, bunu “Joqovurd” nəşrinə açıqlamasında Ermənistan parlamentinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr komissiyasının sədri Taqui Tovmasyan deyib. Onun sözlərinə görə, 44 günlük müharibə zamanı itkin düşənlərin axtarışı çoxdan başa çatıb və Ermənistanın baş naziri Nikol Paşinyan ictimaiyyəti aldadır. Xatırladaq ki, N.Paşinyan ötən gün keçirilən mətbuat konfransında itkin düşənlərin axtarışının davam etdirildiyini bildirib.
Xəbəri paylaş
Facebook-da paylaş