Türkiyə, Rusiya və Ukrayna ombudsmanlarının üçtərəfli görüşü keçirilib
Antalyada Türkiyə, Rusiya və Ukrayna ombudsmanlarının üçtərəfli görüşü keçirilib. Şəffalıq.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, görüşdə Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç, Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova və Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Komissarı (Ombudsman) Dmitro Lubinets iştirak ediblər. Tərəflər Ukraynadakı humanitar vəziyyəti müzakirə ediblər. Onlar həmçinin “qovuşma” dəhlizinin açılması barədə danışıblar.
Xəbəri paylaş
Facebook-da paylaş