“Taxıl dəhlizi” vasitəsilə Ukraynadan başqa ölkələrə daşınan taxılın miqdarı açıqlanıb
Şəffaflıq.az xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçi deyib. O bildirib ki, həmin taxıl ümumilikdə 633 gəmi ilə daşınıb. Xatırladaq ki, ötən il iyulun 22-də Ukrayna, Rusiya, Türkiyə və BMT Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracının həyata keçirilməsi ilə bağlı dördtərəfli saziş imzalayıb. Taxıl daşıyan ilk gəmi avqustun 5-də Odessa limanını tərk edib. Oktyabrın 29-da Rusiya hakimiyyəti Sevastopolda Qara dəniz donanmasına “hücum” iddiası ilə “taxıl sazişi”ndən çıxdığını elan etmişdi. Lakin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “taxıl dəhlizi”nin bərpa olunduğunu bəyan edib və Türkiyənin Rusiya ilə danışıqları nəticəsində yenidən Ukraynanın ixracı sabitləşib.“Report” “Bu günə qədər “Taxıl dəhlizi” vasitəsilə Ukraynadan başqa ölkələrə 16,9 milyon ton taxıl daşınıb”.
Facebook-da paylaş