İran Hüquq-Mühafizə Qüvvələrinə yeni baş komandan təyin olunub


General Əhmədrza Radan İran Hüquq-Mühafizə Qüvvələrinin yeni baş komandanı təyin olunub.

Şəffaflıq.az xəbər verir ki, bu barədə İranın ali rəhbəri Seyid Əli Xameneinin tviter səhifəsində məlumat yayılıb.

O, bu postda briqada generalı Hüseyn Əştərini əvəzləyib.

Ali rəhbər yeni komandana polis təşkilatının imkanlarının təkmilləşdirilməsini, əməkdaşların ləyaqətinin qorunmasını və müxtəlif təhlükəsizlik sahələri üçün ixtisaslaşmış polislərin hazırlanmasını başlıca tövsiyə olaraq vurğulayıb. Xamenei qeyd edib ki, dövlətin müxtəlif qurumlarının hüquq-mühafizə orqanı ilə əməkdaşlıq etməsi gözlənilir.

Qeyd edək ki, Ə.Radan bundan əvvəl İran Hüquq-Mühafizə Qüvvələrinin baş komandanının müavini, Tehran, Sistan-Bəlucistan və Xorasan əyalətlərinin polis idarələrinin rəisi işləyib. İran-İraq müharibəsində İnqilab Keşikçiləri Qvardiyasının komandirlərindən olub. Müharibədə 4 dəfə yaralanıb. ABŞ Ə.Radanı İran vətəndaşlarına və ya onların ailə üzvlərinə qarşı ciddi insan hüquqları pozuntularına görə məsuliyyət daşıyan şəxs olaraq elan edib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}