Zelenski ilə İsveçin Baş naziri arasında danışıq olub
Ukrayna Prezidenti Volodimir Zelenski ilə İsveçin Baş naziri Ulf Kristersson arasında onlayn görüş olub. Şəffaflıq.az xəbər verir ki, bu barədə V.Zelenski teleqramda yazıb. Dövlət başçısı bildirib ki, isveçli nazirlə cəbhədəki durum və mövcud vəziyyətin daha da gərginləşmə riskləri, eləcə də Ukraynanın müdafiə imkanlarının gücləndirilməsi barədə fikir mübadiləsi aparıb: "İsveçin Aİ Şurasına sədrliyi nəticəsində biz Aİ-yə üzvlüklə bağlı danışıqlara başlaya bilərik. Bu, cəmiyyətimizin ümumi istəyi olmaqla yanaşı, həm də ordumuz üçün motivasiya olar". Ukrayna Prezidenti həmçinin humanitar yardıma görə İsveç hökumətinə təşəkkürünü bildirib.
Xəbəri paylaş
Facebook-da paylaş