İsveçin Baş naziri Ərdoğana məktub göndərib: “Gəlməyə hazırıq”
İsveçin yeni Baş naziri Ulf Kristersson Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərərək, Ankara səfərinə hazır olduğunu bildirib. “Ümid edirəm ki, tezliklə sizinlə NATO ilə bağlı ətraflı müzakirə apara bilərik. Sizə münasib zamanda Ankaraya gəlməyə hazırıq”, - deyə Kristersson məktubda qeyd edib. O, məktubda Türkiyənin narahatlığını ciddiyə aldıqlarını da vurğulayıb: “Türkiyənin təhlükəsizlik problemlərinə çox ciddi yanaşırıq və terror təşkilatı PKK, digər terror təşkilatları və onların qollarından gələn təhdidlər və terrorizmin bütün forma və təzahürləri ilə mübarizədə əməkdaşlıq etmək istəyirik”. Prezident Ərdoğan bu gün verdiyi açıqlamada deyib ki, İsveçin yeni Baş naziri ilə görüşmək istəyir: “Yoldaşlara dedim ki, görüş təyin edin, gəlsin. Ölkəmizdə onunla bu məsələləri də müzakirə edəcəyik. Bu terrorçular tutularaq bizə təhvil verilməlidir. Parlament mərhələsində bu iş irəliləməyəcək. İndiki Baş nazir terror və terrorçularla mübarizəyə dəstək verir”. Şəffaflıq.az
Facebook-da paylaş