Avropa İttifaqında inflyasiya aşağı düşüb


Avropa İttifaqında (Aİ) inflyasiya 2022-ci ilin dekabrında 9,2%-ə düşüb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə "Eurostat"ın ilkin qiymətləndirməsində deyilir.

Bildirilib ki, bu, sentyabrdan bəri ən aşağı göstəricidir. Aİ-də noyabrda inflyasiya 10,1% təşkil etmişdi.

Bundan başqa, Avrozonada enerji resurslarının qiymətləri də düşüb: noyabrda 34,9%-dən dekabrda 25,7%-dək.

Amma ərzaq, alkoqol və tütün məmulatlarının qiymətində artım müşahidə olunur (noyabrda 13,6%-dən dekabrda 13,8%-ə qədər). Dekabrda digər istehlak mallarının qiymətləri illik ifadədə 5,2% artıb.

Xatırladaq ki, Avropa Mərkəzi Bankının (ECB) inflyasiya ilə bağlı hədəfi 2%-lik göstəricidir. ECB dekabrın 15-də ardıcıl dördüncü dəfə baza dərəcəsini 2,5%-ə qaldırıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}