Bu gün Baku.ws saytının yaranması günüdür.


Bu gün

Baku.ws saytının yaranması günüdür.

Şəffaflıq.az xəbər verir ki, saytın fəaliyyətə başlamasından 19 il ötür.

Bu illər ərzində Baku.ws daim böyüyərək inkişaf edib və oxucu auditoriyasını genişləndirib.

Xəbər portalı dünyanın müxtəlif ölkələrində, həmçinin Azərbaycanda baş verən ən son xəbərlər, hadisələr, analitik yazılar, reportaj, müsahibə, araşdırma, eləcə də ekspert və mütəxəssislərin açıqlamalarını təqdim edir.

Daim eksklüziv xəbərlərlə oxucuların rəğbətini və etimadını qazanan Baku.ws qısa zamanda Azərbaycan seqmentində etibarlı KİV resurslarından birinə çevrilərək bu statusunu bu günədək qoruyub saxlayıb.

Baku.ws Azərbaycanın instagram seqmentində 1 milyon izləyicini ötmüş ilk və yeganə rəsmi xəbər səhifəsidir. Səhifə 2022-ci ilin sentyabr ayında Azərbaycan seqmentində rekord göstəriciyə imza atıb. Belə ki, Baku.ws-in

instaqram səhifəsinin bir ay ərzində unikal istifadəçilərin sayı 2,8 milyon təşkil edib və paylaşımlar ümumilikdə 221 milyon baxış toplayıb. Bu rəqəmlər onu göstərir ki, səhifə milyonlara xitab edir və izləyicilər rəsmi, etibarlı xəbər ünvanı olaraq məhz Baku.ws-i seçir.

Şəffaflıq.az İnformasiya Agentliyi Baku.ws-də çalışan həmkarlarını təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayır!


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}