Çindən iki il əvvəlkindən daha dəhşətli xəbərlər gəlir
Çində COVID-19 nəticəsində ölənlərin sayının kəskin artması ilə əlaqədar krematoriyalarda yerlər dolub, insanlar bunun üçün növbə götürməli olurlar. Pekin və Şanxayda sənaye işçiləri bildiriblər ki, onlar gecə-gündüz cəsədləri yandırırlar, “boş yerləri” isə yalnız yanvarın ortalarından sonraya sifariş etmək olar. Ölkədə dəfn sistemi iflic vəziyyətə düşüb. Lunxua krematoriyalarından birinin nümayəndəsi hər gün 500-dən çox cəsədin qəbul edildiyini xəbər verib. Qeyd edək ki, ölkədə sanitar məhdudiyyətlərin yumşaldılmasından sonra yoluxma halları kəskin artıb. Pekin artıq koronavirusla bağlı gündəlik statistik məlumatların dərcini dayandırıb. Şəffaflıq.az
Facebook-da paylaş
