PSJ braziliyalı müdafiəçi ilə müqaviləni yeniləyir


Braziliya millisinin futbolçusu Markinyos Fransanın PSJ klubu ilə müqaviləsini yeniləyəcək.

"Report" "Le Parisien"ə istinadən xəbər verir ki, tərəflər bir çox məsələdə ortaq məxrəcə gəliblər. Yeni sözləşmə 2026 və 2027-ci ilin yayınadək nəzərdə tutulub.

Rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyi gözlənilir.

Qeyd edək ki, Markinyos 2013-cü ilin iyulundan PSJ-də çıxış edir. 29 yaşlı müdafiəçinin Paris təmsilçisi ilə hazırkı müqaviləsinin müddəti 2024-cü ilin yayında başa çatacaq.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}