Əsas Səhifə > FUTBOL > PSJ braziliyalı müdafiəçi ilə müqaviləni yeniləyir
PSJ braziliyalı müdafiəçi ilə müqaviləni yeniləyir4-01-2023, 13:04 |
Braziliya millisinin futbolçusu Markinyos Fransanın PSJ klubu ilə müqaviləsini yeniləyəcək. "Report" "Le Parisien"ə istinadən xəbər verir ki, tərəflər bir çox məsələdə ortaq məxrəcə gəliblər. Yeni sözləşmə 2026 və 2027-ci ilin yayınadək nəzərdə tutulub. Rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyi gözlənilir. Qeyd edək ki, Markinyos 2013-cü ilin iyulundan PSJ-də çıxış edir. 29 yaşlı müdafiəçinin Paris təmsilçisi ilə hazırkı müqaviləsinin müddəti 2024-cü ilin yayında başa çatacaq. Şəffaflıq.az Geri qayıt |