Qeyri-qida məhsulları sürətlə bahalaşır: Qiymətləri artıran kimdir?
Marketlərdə qeyri-qida məhsulları, xüsusilə gigiyenik vasitələr bahalaşıb. Şəffaflıq.az məlumat verir ki, sabun, şampun, diş pastaları, müxtəlif dezodorantlar və bu kimi digər fərdi gigiyenik vasitələrin qiyməti gündən-günə artır. Satıcılar deyirlər ki, qiymətləri onlar yox, firmalar qaldırırlar. Əvvəllər 3 manata satılan antiperesperantlar indi 5 manatdan bahadır. Ən çox alınan şampunların qiyməti isə 5 manatdan 8 manata qədər yüksəlib. Satıcılar bildiriblər ki, qarşıdakı aylarda qiymətlərin enməsi gözlənilmir.
Xəbəri paylaş
Facebook-da paylaş