NASA həyəcan təbili çalır: Çin Aya iddia edir
ABŞ-nin Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) rəhbəri Bill Nelson bəyan edib ki, Çin Xalq Respublikası Aya iddia edə bilər. “Bu bir faktdır: biz kosmik yarışdayıq. Yaxşı olar ki, biz onların (Çini nəzərdə tutur - red.) elmi araşdırma adı altında Aya iddia etmələrinin qarşısını alaq. Ola bilsin ki, gələcəkdə onlar bizə “yaxınlaşmayın, biz buradayıq, bura bizim ərazimizdir” desinlər”, - NASA rəhbəri açıqlamasında bildirib. ABŞ Kosmik Agentliyinin rəhbəri hesab edir ki, əgər Çin bu kosmik yarışda qalib gələrsə, sözügedən ssenari tam realdır. Çin isə öz növbəsində amerikalıların kosmos yarışı ilə bağlı iddialarını təkzib edir. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş