Çində virtual əməkdaşların işə qəbulu populyarlaşır



Çində virtual işçilərdən xidmət və əyləncə sənayesində fəal şəkildə istifadə olunur. Məlumata görə, 2022-ci ildə onlara tələbat iki dəfə artıb.

Bildirilir ki, virtual insanların məvacibi ildə 2800 dollardan 14300 dollara qədər dəyişir.

Virtual şəxs süni intellekt və maşın tədrisi alqoritmləri əsasında işləyir, ona görə də o, təkcə gündəlik işləri deyil, həm də daha yaradıcı işləri yerinə yetirmək üçün proqramlaşdırıla bilər. Belə əməkdaşlar adətən cizgilərdən ibarət olur, lakin onların arasında holoqrafik olanları da var.

Virtual əməkdaşların əsas vəzifəsi müştəriləri əyləndirməkdir. Məsələn, pop musiqi ifaçıları tez-tez şoularını VR effektləri ilə tamamlayırlar. Televiziyada real aparıcıların vizual surəti olan rəqəmsal diktorlar var. Və əlbəttə ki, virtual insanlar oyun sənayesində geniş istifadə olunur.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}