Koronavirusun yeni növü yayılır - Dünyada yenə həyəcan təbili
Alimlər "XBB.1.5" adlı yeni variantın aşkarlandığını elan edərək, kritik xəbərdarlıqlar ediblər. Milli.Az musavat.com-a istinadən bildirir ki,müvafiq olaraq, "XBB.1.5" koronavirusun əvvəlki növləri ilə müqayisədə daha sürətlə yoluxdurur. Mütəxəssislər hesab edirlər ki, bu variant da sürətlə yayıla, səhiyyə sistemini çətin vəziyyətə sala bilər. Ona görə də alimlər indiki anda yaxın təmasdan çəkinməyi məsləhət görürlər. Bununla belə, alimlər hesab edirlər ki, yeni ştamm əvvəlkilərdən daha ağır xəstəliyə səbəb olmur. Böyük Britaniyada təxminən 1 ay ərzində koronavirusa yoluxanların 4 faizində "XBB.1.5" aşkarlandığını bildirib. Bununla belə, "XBB.1.5" in "Omicron"un mutasiyaya uğramış versiyası olduğu və ilk dəfə avqust ayında Hindistanda aşkarlandığı deyilir. Uorvik Universitetinin virusoloqu, professor Lourens Yanq deyib: "XBB.1.5" variantı çox yoluxucudur və Nyu-Yorkda xüsusən də yaşlılar arasında xəstəxanaya yerləşdirmə sayının artmasına səbəb olur". Mütəxəssislər "XBB.1.5" variantının simptomlarının "Omicron"la oxşar olduğunu açıqlayıb. Onlar aşağıdakılardır: -Öskürək Şəffaflıq.az
-Soyuqdəymə hissi
- Qızdırma
-Boğaz ağrısı
- Bədən ağrıları
Facebook-da paylaş