Avropada qazın qiyməti kəskin ucuzlaşdı



Dekabrın 27-də günortadan sonra keçirilən ticarət əməliyyatları zamanı Avropada qazın qiyməti fevralın 22-dən bəri ilk dəfə olaraq min kubmetr üçün təxminən 850 dollara düşüb.

Bunu ICE London Fond Birjasının məlumatları təsdiq edir.

Yanvarda tədarük ediləcək qazın fyuçerslərinin dəyəri altı faizdən çox ucuzlaşaraq, ən aşağı nöqtədə 1000 kubmetr üçün 852 dollara çatıb. Sonradan qiymətlər bir qədər artaraq 896 dollaradək yüksəlib.

Qeyd edək ki, qaz dekabrın 7-dən ucuzlaşır.

Rusiyadan tədarükün əhəmiyyətli dərəcədə azalmasına baxmayaraq, yanacağın dəyəri artıq bir il əvvəlkindən aşağıdır. 2021-ci ilin dekabr ayının sonunda qazın min kubmetri təxminən 1000 dollara satılırdı.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}