Əfqanıstanda mənəviyyatsızlığa görə 30 nəfər xalq qarşısında qamçılandı



“Taliban” nümayəndələri Bədəxşan əyalətindəki futbol stadionunda 30 nəfəri şallaqlayıblar.

Bildirilir ki, cəzaya layiq görülən hər kəs 40 şallaq zərbəsi alıb.

Mənəviyyatsızlıqda ittiham olunanlar arasında 15 qadın da var. Onların hansı şəraitdə təqsirli bilinməsi hələ də məlum deyil.

Qeyd edək ki, Əfqanıstanda 2021-ci ilin avqustunda hakimiyyətə gələn “Taliban” ictimai edam mərasimləri də həyata keçirir. Belə halda son qərarı Əfqanıstan İslam Əmirliyinin əmiri Heybətulla Axundzadə verir.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}