Yaponiyada güclü qar fəsadlar törətdi: Çox sayda ölən və yaralananlar var



Yaponiyada güclü qar fəsadlar törədib.

Bu həftə Yaponiya dənizinin sahillərinə və ölkənin şimal-şərqinə hündürlüyü gündə bir metrə çatan güclü qar yağıb. Nəticədə ən azı səkkiz nəfər ölüb, 45 nəfər yaralanıb.

Ölən və xəsarət alanların əksəriyyəti qarın təmizlənməsi ilə məşğul olarkən yıxılan yaşlı insanlardır.

Belə hallar Hokkaydo, Akita, Yamaqata, Niiqata və İsikava prefekturalarında qeydə alınıb. Həmçinin pis hava şəraiti səbəbindən Niiqata, İsikava və Hokkaydoda səkkiz minə yaxın ev işıqsız qalıb.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}