Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib.
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib. Şəffaflıq.az-ın məlumatına görə, günün son matçında "Sabah" Sumqayıtda eyniadlı komandanı darmadağın edib - 6:0. Hesabı 3-cü dəqiqədə Emmanuel Apeh açıb. 11 dəqiqə sonra Coy Lens Mikels fərqi artırıb. 28-ci dəqiqədə Aleksey Kaşuk rəqibi növbəti dəfə cəzalandırıb. 33-cü dəqiqədə Elvin Camalov 4-cü topu meydan sahiblərinin qapısından keçirib. 77-ci dəqiqədə Anatoli Nuriyev "gənclik şəhəri" təmsilçisini 5-ci dəfə məyus edib. Qarşılaşmada son nöqtəni isə 85-ci dəqiqədə Davit Volkov qoyub. Bu qələbə ilə xallarını 43-ə çatdıran "Sabah" qış fasiləsinə 2-ci pillədə yollanıb. 12 xalı olan "Sumqayıt" isə 8-ci pillədə qərarlaşıb. Qeyd edək ki, açılış matçında "Neftçi" evdə "Şamaxı"ya 3 cavabsız qolla qalib gəlib. Turun "Qəbələ" - "Turan Tovuz" və "Səbail" - "Qarabağ" oyunları dekabrın 24-də, "Zirə" - "Kəpəz" görüşü isə dekabrın 25-də gerçəkləşəcək.
Facebook-da paylaş