Bayden növbəti dəfə Ukrayna ilə İranı qarışıq salıb məsləhət verdi
Səhv salma sayına görə dünya lideri ABŞ Prezidenti Co Bayden yenə bu mənada gündəmdədir. Belə ki, o, Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi mətbuat konfransında Ukrayna sakinlərini “iranlılar” adlandırıb. “Biz əmin olmalıyıq ki, Ukrayna hökuməti İran xalqına səhiyyə, təhsil və təbii fəlakətlərdən mühafizə sahələrində fundamental xidmətlər göstərə biləcək”, - deyə Bayden bildirib. Xatırladaq ki, dekabrın 21-də Bayden və Zelenski arasında görüş keçirilib. Görüş genişmiqyaslı müharibə başlayandan bəri Ukrayna rəhbərinin ilk xarici səfəri çərçivəsində baş tutub. İlkin məlumatlara görə, dövlət başçıları Rusiyanın təcavüzünə qarşı mübarizədə gələcək əməkdaşlığı müzakirə ediblər. Şəffaflıq.az
Facebook-da paylaş