Dünya əhalisinin 3,6 faizi miqrantlardır
Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən elan edilən 18 dekabr Beynəlxalq Miqrantlar Günü hər il müxtəlif tədbirlərlə qeyd olunur. BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının 2022-ci il Ümumdünya Miqrasiya Hesabatında (IOM) yer alan məlumata görə, 2020-ci ilə qədər dünyada 281 milyon miqrant qeydə alınıb. Bu, dünya əhalisinin 3,6 faizini təşkil edir. Bu əhalinin 135 milyonu qadınlar, 146 milyonu isə kişilərdən ibarətdir. Qeyd edək ki, dünyada 1970-ci ildə 84 milyon, 1990-cı ildə isə 153 milyon miqrant qeydə alınıb. Beynəlxalq miqrantların sayı isə son 50 ildə üç dəfədən çox artıb. Digər tərəfdən, ölkə daxilində mühacirlərin sayı ölkəni tərk edənlərdən qat-qat çoxdur. Şəffaflıq.az
Facebook-da paylaş