Əsas Səhifə > Dünya > Dünya əhalisinin 3,6 faizi miqrantlardır

Dünya əhalisinin 3,6 faizi miqrantlardır


19-12-2022, 00:17



Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən elan edilən 18 dekabr Beynəlxalq Miqrantlar Günü hər il müxtəlif tədbirlərlə qeyd olunur.

BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının 2022-ci il Ümumdünya Miqrasiya Hesabatında (IOM) yer alan məlumata görə, 2020-ci ilə qədər dünyada 281 milyon miqrant qeydə alınıb. Bu, dünya əhalisinin 3,6 faizini təşkil edir.

Bu əhalinin 135 milyonu qadınlar, 146 milyonu isə kişilərdən ibarətdir.

Qeyd edək ki, dünyada 1970-ci ildə 84 milyon, 1990-cı ildə isə 153 milyon miqrant qeydə alınıb. Beynəlxalq miqrantların sayı isə son 50 ildə üç dəfədən çox artıb.

Digər tərəfdən, ölkə daxilində mühacirlərin sayı ölkəni tərk edənlərdən qat-qat çoxdur.

Şəffaflıq.az


Geri qayıt