Azərbaycanda toplanan zəkat İrana göndərilir?
“Azərbaycanda toplanan xüms-zəkatın ayrı-ayrı şəxslər tərəfindən yığılaraq İrana göndərilməsi və bundan başqa məqsədlərlə istifadəsinə dair ciddi iddialar var”. “Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Ceyhun Məmmədov bildirib. Deputat qeyd edib ki, əvvəlki dövrdə quru sərhədlər açıq olanda vətəndaşlarımız İrana və digər dövlətlərin ərazisinə keçərək bu vəsaiti çatdırırdılar: “İndi isə bu vəsait başqa yollarla çatdırılır. Burada bir sıra hallarda banklardan da istifadə edilir”. Ceyhun Məmmədov qeyd edib ki, bu gün Azərbaycanda dini fəaliyyət sahəsində aktuallıq kəsb edən məsələlərdən biri də müxtəlif dini qrupların ayrı-ayrı dövlətlər, xüsusilə İran tərəfindən maliyyələşdirilməsinin qarşısının alınmasıdır: “Bu gün İran Azərbaycanda yaratdığı şəbəkəni, bəzi din xadimlərini müxtəlif yollarla maliyyələşdirir”. Şəffaflıq.az
Facebook-da paylaş