Ərdoğan: "Türkiyə-Suriya-Rusiya üçlüyü olaraq addım atmaq istəyirik”

"Türkiyə-Suriya-Rusiya üçlüyü olaraq addım atmaq istəyirik”.

Şəffaflıq.az “TRTHaber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistandan ölkəsinə dönərkən təyyarədə jurnalistin “Suriyanın şimalına mümkün quru əməliyyatında Rusiya ilə ortaq qərar və uyğunlaşdırma həyata keçiriləcəkmi” sualına cavabında bildirib.

Onun sözlərinə görə, hər iki məsələ hazırda gündəmdə deyil, ancaq gələcəkdə gündəliyə gələ biləcək bir çox mövzulardandır.

Ərdoğan vurğulayıb ki, hazırda Suriya-Türkiyə-Rusiya üçlüyü olaraq addım atmaq istəyirlər: “Bunun üçün əvvəlcə kəşfiyyat təşkilatlarımız, sonra müdafiə nazirlərimiz, daha sonra isə xarici işlər nazirlərimiz bir araya gəlməlidir”.

Dövlət başçısı qeyd edib ki, onların danışıqlarından sonra liderlər bir araya gələcək: “Mən bunu Vladimir Putinə də təklif etdim. O da buna müsbət baxdı. Beləliklə, biz bu istiqamətdə zəncirvari danışıqlara başlayacağıq”.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}