DÇ-2022: Dominik Livakoviç dünya çempionatları rekordunu təkrarlayıb
Xorvatiya millisinin futbolçusu Dominik Livakoviç bir dünya çempionatında penaltilər seriyası zamanı ən çox qurtarışa imza atan qapıçı rekordunu təkrarlayıb. Şəffaflıq.az-ın məlumatına görə, 27 yaşlı qolkiper Qətərdə keçirilən mundialın 1/4 final mərhələsində Braziliya ilə görüşdə rəqibin bir zərbəsini dəf edib. Heç-heçə nəticələnən (1:1) qarşılaşmanın penaltilər seriyasında komandasının 4:2 hesablı qələbə qazanmasına Rodriqonun zərbəsini qaytarmaqla töhfə verən Livakoviç DÇ-2022-də 4-cü belə uğuruna imza atıb. O, 1/8 finalda Yaponiya ilə oyunun penaltilər seriyasında da 3 seyv edib. Livakoviçə qədər DÇ-1990-da argentinalı Serxio Qoykoçea, DÇ-2018-də isə həmyerlisi Daniel Subaşiç penaltilər seriyaları zamanı 4 seyvlə yadda qalıblar.
Facebook-da paylaş