Nuhun gəmisinin qalıqlarına dair yeni maddi nümunələr aşkar edilib



Türkiyəli mütəxəssislər tərəfindən yaradılan araşdırma qrupu Nuh peyğəmbərin gəmisinin qalıqlarının olduğu ehtimal edilən ərazidə işə başlayıb.

Geofizika, kimya və geoarxeologiya sahəsinin akademikləri tərəfindən aşkar edilən nümunələr müayinə üçün xüsusi laboratoriyaya göndərilib.

Peyğəmbər gəmisinin qalıqları Doğubəyazit rayonunun (Ağrı vilayəti) Telçəkər və Üzəngili kəndləri arasındakı ərazidə tapılıb.  

Qeyd olunur ki, Nuhun gəmisinin qalıqlarının olduğu iddia edilən ərazi artıq bir müddətdir yerli və xarici turistlərin diqqətini çəksə də, bu günə qədər bu yerdə hər hansı təhqiqat aparılmayıb.

Laboratoriya nəticələrinin 1,5-2 aydan sonra ictimaiyyətə açıqlanacağı bildirilir.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}