Finlandiya NATO-ya üzvlüklə bağlı qanun layihəsini parlamentə təqdim etdi
Finlandiya hökuməti NATO-ya üzvlüklə bağlı qanun layihəsini parlamentə təqdim edib. Bu barədə ölkənin xarici işlər naziri Pekka Haavisto bildirib. Bir gün əvvəl Haavisto ölkənin NATO-ya üzv olmaq istəyinin səbəbini açıqlayıb. Finlandiyanı NATO-ya üzvlük üçün müraciət etməyə vadar edən əsas amil Moskvanın nüvə silahı ilə bağlı iddiaları olub. Finlandiya və İsveç mayın 18-də NATO-ya üzvlük üçün müraciət ediblər. İyun ayının sonunda blokun üzvləri ölkələri Şimali Atlantika Alyansına qoşulmağa rəsmi dəvət ediblər və üzvlük protokollarını imzalamaq barədə razılığa gəliblər. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş