Çexiya Ukrayna üçün sovet tipli sursatlar istehsal edəcək
Çexiya Ukraynanın ehtiyacları üçün bəzi sovet silah sistemləri üçün sursat istehsal etmək niyyətindədir. Bunu dekabrın 4-də Çexiyanın müdafiə naziri Yana Çernoxova deyib. “Çexiya müəyyən növ sursatlar istehsal etmək gücünə malikdir. Ona görə ki, bir sıra şirkətlər özəlləşdirilsə də bəzi istehsal xətləri olduğu kimi qalır”, - deyə nazir izah edib. Bildirilib ki, Çexiyanın bu təklifi Ukraynada sursat ehtiyatlarının əhəmiyyətli dərəcədə tükənməsi və NATO ölkələrindən kifayət qədər sursat tədarükünün olmaması ilə bağlıdır. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş