Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 47 yeni yoluxma faktı qeydə alınıb


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 47 yeni yoluxma faktı qeydə alınıb, 36 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Şəffaflıq.az-a verilən məlumata görə, xəstəlikdən ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 824 499 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 247 nəfər müalicə olunaraq sağalıb, hazırda 269 aktiv xəstə var. Bu günə qədər 9 983 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 849, bu günə qədər isə ümumilikdə 7 382 375 test icra olunub.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}