Britaniya Ukraynaya yeni raketlər verdi



Böyük Britaniya Ukraynaya “Brimstone-2” dəqiq idarə olunan raketlər verib.

Sözügedən raketlər lazer yönləndirmə ilə təchiz edilib. Eyni zamanda, onların buraxılış məsafəsi bu raketlərin əvvəlki seriyasından iki dəfə çoxdur.

Təxminən bir il əvvəl Londondakı nümayəndələr Kiyevə “Brimstone-1” tipli hava-yer tipli raketlər çatdırıblar.

Hazırda Ukraynaya verilən “Brimstone-2” raketlərinin sayı açıqlanmır.

2016-cı ildə Britaniyanın Hərbi Hava Qüvvələrində (Royal Air Force /RAF) istismara daxil olan “Brimstone 2” raketinin dəyərinin təxminən 175 000 funt sterlinq (207 000 dollar) olduğu təxmin edilir. Təyyarədən buraxılan raketin uçuş məsafəsi 60 km, yer platformalarından buraxıldıqda isə 12 km-ə yaxındır.

Şəffaflıq.az



Facebook-da paylaş


{sape_links}{sape_article}