Təbrizdə rəqs ansamblının rəhbəri və rəqs müəllimi həbs ediliblər



Təbrizdə molla rejimi “Parla” xalq rəqs ansamblının rəhbəri Fatimə Məhəmmədi və rəqs müəlliməsi, ansamblın üzvü Məhləkə Babazadəni həbs edib.

Bildirilir ki, onların haraya aparıldıqları barədə məlumat yoxdur. Fəalların ailələrinin axtarış cəhdləri də nəticə verməyib. Məhəmmədi və Babazadənin qohumları təhlükəsizlik orqanları ilə əlaqə saxladıqda onlara: “Narahat olmayın, tezliklə onları Aylar Həqqinin yanında görəcəksiniz”, - deyiblər.

Qeyd edək ki, 23 yaşlı Aylar Həqqi Təbriz Universitetinin Tibb fakültəsinin 4-cü kurs tələbəsi idi. O, noyabrın 16-sı axşam saatlarında Təbrizdəki etiraz aksiyası zamanı qətlə yetirilib.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}