ABŞ müharibə başlayandan bəri Ukraynaya 88 min ton silah və hərbi texnika verib
ABŞ müharibə başlayandan bəri Ukraynaya 230-dan çox artilleriya sistemi tədarük edib. Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Məlumata görə, ABŞ-dən Ukraynaya 142 yedəkli M777A2 155 mm-lik haubitsa və 36 ədəd 105 mm-lik haubitsa verilib. Bundan əlavə, ölkəyə 38 HIMARS MLRS və iyirmi 120 mm-lik minaatan göndərilib. Həmçinin, silahların çatdırılması üçün ağır yük təyyarələri ilə 878 uçuş edilib. Bununla yanaşı, eyni məqsədlər üçün 48 gəmi və 4 min qoşqu istifadə edilib. Ümumilikdə, ABŞ Ukraynaya 88 min ton silah və hərbi texnika ilə dəstək verib. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş