Emin Mahmudov millidəki qol sayına görə ikinci pilləyə şərik olub


Emin Mahmudov Azərbaycan milli komandasının heyətində ən çox qol vuran futbolçuların sıralamasında ikinci pilləyə şərik olub.

Şəffaflıq.az "report"a istinadən bildirir ki, Moldova ilə yoldaşlıq oyununun 28-ci dəqiqəsində fərqlənən yarımmüdafiəçi yığmada ümumilikdə 9-cu qoluna sevinib.

Milli forma ilə 35-ci matçında bunu bacaran Mahmudov komandanın keçmiş hücumçusu Vaqif Cavadova çatıb.

Qeyd edək ki, milli komandada qol rekordu hazırda "Qarabağ"ın baş məşqçisi olan Qurban Qurbanova məxsusdur. O, yığmanın formasında 14 dəfə rəqibləri məyus edib


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}