Vitali Damaşkan: "Yaxşı nəticə qazanmaq üçün hər şeyi edəcəyik".
"Yaxşı nəticə qazanmaq üçün hər şeyi edəcəyik". Şəffaflıq.az-ın məlumatına görə, bunu Moldova millisinin futbolçusu Vitali Damaşkan Azərbaycana qarşı keçirəcəkləri yoldaşlıq oyunundan öncə mətbuat konfransında deyib. 23 yaşlı hücumçu ötən yoxlama matçında Canni De Byazinin baş məşqçi olduğu komandaya vurduğu qolu yaxşı xatırladığını bildirib: "Milli komanda səviyyəsində asan və rahat oyunlar olmur. Hər bir rəqiblə oynamaq çətindir". Onun sözlərinə görə, istənilən oyunda azarkeşlərin dəstəyi çox önəmlidir: "Onlarsız futbolun mənası yoxdur. Biz fanatlardan asılıyıq. Tamaşaçısız oynamaq ağırdır. Qarşıdakı yoldaşlıq görüşlərində də çoxlu sayda azarkeş gözləyirəm". Qeyd edək ki, noyabrın 16-da Kişineudakı "Zimbru" stadionunda oynanılacaq Moldova - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Facebook-da paylaş