Kliniki Tibbi Mərkəzin həyətində narkomanlar peyda olub
Kliniki Tibbi Mərkəzin həyətində narkomanlar peyda olub. Şəffaflıq.az xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb. Paylaşılan görüntülərdə bir neçə şəxsin Mərkəzin həyətində narkotik maddədən istifadə, hətta alqı-satqı etdiyi iddia edilir. Məsələ ilə bağlı Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu mətbuata açıqlamasında faktı təsdiq edib. O bildirib ki, təəssüf ki, mövcud vəziyyətlə bir müddətdir ki mübarizə aparmağa çalşırlar: “Bəli, həqiqətən də xəstəxananın ərazisində bu hadisələr baş verir. Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciətlər etmişik. Yəqin ki, bir tədbir görülər. Baş verənlər Mərkəzin bütün heyətini, pasiyentləri, bir sözlə hər kəsi narahat edir”.
Facebook-da paylaş