Kanadanın baş naziri Çini ölkənin daxili işlərinə qarışmaqda ittiham etdi



Kanadanın Baş naziri Castin Trudo açıq şəkildə bəyan edib ki, bütün dünyada maraqlı tərəflər Kanada hökumət institutlarının işinə, o cümlədən ölkədəki seçkilərin gedişinə qanunsuz təsir göstərməyə çalışırlar.

Onun sözlərinə görə, Kanadada demokratik proseslərə hücuma görə məsuliyyət daşıyanlardan biri də Pekindir.

Hökumət başçısı həmçinin vurğulayıb ki, Kanada kəşfiyyat xidmətləri ölkədəseçkilərin gedişatını və şəffaflığını təhrif etmək niyyətində olan xarici təhlükələrə qarşı mübarizə tədbirlərini əhəmiyyətli dərəcədə artırıb.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}