Ekspert: “Son etirazlar İran hakimiyyətinə böyük zərbə oldu”



“Son etirazlar İran hakimiyyətinə böyük zərbə oldu”.

Bunu mətbuata açıqlamasında türkiyəli siyasi ekspert Məhsa Mehdili deyib.

Onun sözlərinə görə, İranın siyasi sistemi çoxlu problemlər yaradır və heç bir həll yolu tapmır, etiraz səslərini isə boğur. Mehdili qeyd edib ki, İranda təkcə qadınlar deyil, qeyri-fars əhali, dini azlıqlar və aztəminatlı ailələr də daxili siyasətdən narazıdırlar.

“İrandakı rejim teokratikdir və o diktə edir ki, insanların həyatının bütün sahələri - istər şəxsi, istərsə dövlət, istərsə də ictimai olsun - mənim inhisarımdadır. İran rejimi xalqın fikrinə əhəmiyyət vermir. İran hakimiyyəti əvvəlcə müxtəlif ölkələrdə ideoloji qruplar yaradır. Sonradan isə həmin qrupları silahlandırıb terrorçu qruplaşmalara çevirir. İran Cənubi Azərbaycanda da eyni şeyi etməyə çalışıb”, - o deyib.

Siyasi ekspert vurğulayıb ki, İranda yaşayan müxtəlif xalqlar bu rejimin yükünü daşıyır:

“Sanksiyalar təkcə İranın qonşuları ilə problemlərinə təsir etmir, iqtisadi sahədə də problemlər yaradır ki, bu da işsizliyə səbəb olur”.

“İranda rejimlə sıx bağlı olan insanlar firavan yaşayır. Əhalinin qalan hissəsinin aşkar yoxsulluğu o deməkdir ki, xalq İran elitasının siyasətinə görə cəza çəkir. Bu, təbii olaraq narazılığa səbəb olur”, - o deyib.

Ekspert xatırladıb ki, İran ən çox edam hallarının olduğu ölkələr arasında liderdir. “İran vətəndaşları öz etirazlarını sivil şəkildə ifadə edə bilməzlər. Çünki onların öz narazılıqlarını bildirə biləcəkləri azad media və ya başqa bir platforma yoxdur. İranda insanlar sosial şəbəkələrdə də narazılıqlarını ifadə edə bilmirlər, çünki buna görə ağır cəza ilə üzləşə bilərlər. Son vaxtlar İranda insanların küçələrə axışması da bununla bağlı ola bilər”, - ekspert əlavə edib.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}