Kosovoda 300-dən çox serb polis istefa verib



Kosovo və Metohiyada 300-dən çox serb polis istefa verib. Onlar polis idarəsinə gələrək eyni vaxtda istefa verdiklərini bildiriblər.

Bundan sonra etirazçılar qısa müraciət yayaraq bəyan ediblər ki, “bu gündən etibarən vilayətin şimalındakı Kosovo polisində daha serb yoxdur”.

Xatırladaq ki, bir müddət öncə Kosovo və Metohiyadan olan serblər tanınmamış Kosovodakı bütün hakimiyyət qurumlarından çıxıblar. Vilayətdəki serblərin lideri Qoran Rakiç tanınmamış Kosovo hökumətindən çıxması ilə bağlı bəyanat verib. Bundan əlavə, serb deputatlar parlamenti tərk etdiklərini, daha sonra hakimlər, eləcə də bələdiyyə başçıları istefa verdiklərini elan ediblər.

Qeyd edək ki, Kosovo hakimiyyəti noyabrın 1-dən xəbərdarlıq edərək serblərə məxsus avtomobillərin qeydiyyat nişanlarını dəyişdirməyənləri cərimələmək qərarına gəlib. Bu qərar bölgədə gərgin vəziyyəti bir qədər də kənkinləşdirib.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}