“Microsoft”un həmtəsisçisinin kolleksiyası hərraca çıxarılıb
“Microsoft”un mərhum həmtəsisçisi Pol Allenin şəxsi kolleksiyası “Christie's”də satışa çıxarılıb. Sənət əsərlərinin rekord məbləğə - toplam 1 milyard dollara satılacağı gözlənilir. Satışlar gələn həftə baş tutacaq. Qeyd edək ki, Allenin kolleksiyasında 150-dən çox rəsm var ki, onların hər biri 100 milyon dollardan yuxarı qiymətə satıla bilər. Xatırladaq ki, Allen 2018-ci ildə 65 yaşında xərçəng xəstəliyindən vəfat edib. Ölümündən bir neçə il əvvəl o, kapitalının böyük hissəsini, yəni 13 milyard dollardan çoxunu xeyriyyə işlərinə bağışlayacağını açıqlayıb. Allen 1975-ci ildə orta məktəb dostu Bill Qeytslə birlikdə “Microsoft”u qurub. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş