Fuat Oktay Ermənistanı sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın təkliflərinə cavab verməyə çağırıb
"Ermənistan sülh müqaviləsinin imzalanması istiqamətində Azərbaycanın təkliflərinə adekvat cavab verməlidir". Şəffaflıq.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezienti Fuat Oktay deyib. Onun sözlərinə görə, Azərbaycan torpaqlarının azad olunması ilə Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması üçün şərait yaranıb: “Buna mane olmaq istəyən güclər lazımi cavabını alacaq". F.Oktay bildirib ki, Türkiyə Azərbaycanın tarixi torpaqlarını azad etməsinin sevincini hər an yaşayır: “Vətən müharibəsinin növbəti ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edir, şəhidlərimizi rəhmətlə anıram".
Xəbəri paylaş
Facebook-da paylaş