"Neftçi" "İnter, "Yuventus" və "Atletiko" ilə eyni turnirdə mübarizə aparacaq


"Neftçi" klubunun U-11 komandası Türkiyədə təşkil olunacaq "Can Bartu" turnirinə qatılacaq.

"Report" "Hurriyet"ə istinadən xəbər verir ki, "Fənərbağça" klubunun təşkil etdiyi yarışda "ağ-qaralar"la yanaşı daha 15 kollektiv mübarizə aparacaq.

Beynəlxalq turnirdə İtaliyanın "İnter", "Yuventus", Bolqarıstanın MOİK, İspaniyanın "Atletiko" (Madrid), "Vilyarreal", Türkiyənin "Fənərbağça", "Beşiktaş", "Qalatasaray", "Altınordu", "Göztepe", "Altay", "Manisa", "Adana Demirspor", "Başakşehir" və "Gölcük Karadenizspor" komandaları da çıxış edəcəklər.

Qeyd edək ki, "Can Bartu" turniri noyabrın 16-da Lefter Küçükandonyadis təlim-məşq mərkəzində start götürəcək.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}