Sahib Alıyev: "QHT-lər müəyyən qanunvericilik aktları və layihələrin hazırlanmasına cəlb edilə bilər"


“Qeyri-hökumət təşkilatları (QHT) müəyyən qanunvericilik aktları və layihələrin hazırlanmasında iştirak edə bilər".

Şəffaflıq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev “Parlament-QHT əməkdaşlığının gücləndirilməsi” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, QHT-lər Azərbaycanda ictimai əxlaqın formalaşmasında böyük funksiya daşıyan qurumlardan biridir: "Bu baxımdan ölkədə vətəndaş cəmiyyəti institutlarının işinə böyük ehtiyac var. Hesab edirəm ki, QHT-lərin qanunvericilikdəki fəaliyyəti iki yolla reallaşdırıla bilər. Bunlardan biri onların müəyyən qanunvericilik aktları, digəri isə layihələrin müştərək hazırlanmasına cəlbi ola bilər. QHT-lər qanunların necə işləməsinə nəzarət edilməsi istiqamətində də bir sıra vacib işlər görə bilər".

"Heç kimə sirr deyil ki, İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbə qazanmasında Prezident İlham Əliyevin dəfələrlə səsləndirdiyi “Dəmir yumruq” olmağımızın əhəmiyyəti vardı. Çünki bu gün müharibə daha da gərgin olmaqla siyasi və diplomatik müstəvidə cərəyan edir. Azərbaycanın Ermənistan üzərində qələbəsini istəməyən, hətta bunu özləri üçün faciə sayanlar da var. Bu baxımdan QHT-lər daim səylərini birləşdirməli və sıx şəkildə əməkdaşıq etməlidirlər”, - deputat bildirib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}