"Qarabağ"ın aparıcı futbolçusu "Frayburq"la oyunu buraxacaq


Azərbaycan Premyer Liqasının XII turunda "Şamaxı" ilə oyunda zədələnən "Qarabağ"ın futbolçusu Filip Ozobiçin durumuna aydınlıq gəlib.

Ağdam təmsilçisindən  verilən məlumata görə, 30 yaşlı yarımmüdafiəçi MRT müayinəsindən keçib.

Onun diz yan bağlarında dartılma aşkarlanıb. Həkimlərin ilkin rəyinə əsasən, Ozobiç 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Qara Qarayev isə həkim nəzarətində fərdi məşqlərini davam etdirir. Onun “Frayburq” ilə matçda oynayıb-oynamayacağı daha sonra bəlli olacaq.

Qeyd edək ki, "Qarabağ" "Şamaxı"nı 4:0 hesabı ilə məğlub edib. Ölkə çempionu noyabrın 3-də UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyununda Almaniyanın "Frayburq" klubunu qəbul edəcək.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}