Dövlət Vergi Xidməti 9 ayda 215 min müraciət qəbul edib
Bu ilin yanvar-sentyabr ayları ərzində vergi orqanlarına 214 806 müraciət daxil olub ki, bunun da 91 %-i ərizə, 8,9 %-i şikayət, 0,1 %-i təklif olub. Şəffaflıq.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb. Məlumata görə, müraciətlərin böyük əksəriyyətinin baxılması həmin dövrdə başa çatdırılıb. Baxılmış müraciətlərdən 65,5 %-i həll olunub, 27,8 %-i ilə bağlı izahatlar verilib, qalanları barədə müvafiq qərar qəbul edilib. 9 ay ərzində vergi orqanlarında müvafiq qaydada həll olunmuş faktiki şikayətlərin 91,8 faizi kameral vergi yoxlamaları, qalanları maliyyə sanksiyasının silinməsi, vergi borcları, vergi ödəyicisinin qeydiyyatı, vergi mükəlləfiyyətləri (növləri), təsdiqlənməmiş azalma, şəxsi hesab vərəqələri, operativ vergi nəzarəti tədbirləri və digər məsələlərlə bağlı olub. Hesabat dövründə Dövlət Vergi Xidmətinin Aparatına 20.451 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,5 % azdır. Hesabat dövründə qurumun Aparatında ümumilikdə 340 vətəndaşın qəbulu təşkil edilib. Qəbul zamanı hər bir şəxsin müraciətinə fərdi qaydada yanaşılıb, vətəndaşların qanuni tələblərinin müsbət həlli üçün lazımi tədbirlər görülüb, həlli DVX-nin səlahiyyəti xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.
Facebook-da paylaş