Azərbaycanda koronavirusa daha 69 nəfər yoluxub, 3 nəfər ölüb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 69 yeni yoluxma faktı qeydə alınıb, 92 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nəticələri müsbət çıxan 3 nəfər ölüb. İndiyədək ölkədə ümumilikdə 822 686 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 339 nəfər müalicə olunaraq sağalıb, hazırda 412 aktiv xəstə var. Bu günə qədər 9 935 nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 780, bu günə qədər isə ümumilikdə 7 293 381 test icra olunub. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş