Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə beynəlxalq təşkilata çevrildi
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQFETM) Zirvə Toplantısının iştirakçıları forumun beynəlxalq təşkilata çevrilməsi ilə bağlı bəyanat qəbul ediblər. Bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada AQFETM sammitində deyib. “Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin transformasiyası ilə bağlı Astana bəyanatı qəbul edilmiş hesab olunur”, - deyə o bildirib. AQFETM-in mətbuat xidməti qeyd edib ki, söhbət forumun statusunun dəyişdirilməsindən və beynəlxalq təşkilata çevrilməsindən gedir. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş