Əsas Səhifə > XARİCİ XƏBƏR > Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə beynəlxalq təşkilata çevrildi

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə beynəlxalq təşkilata çevrildi


13-10-2022, 14:52



Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQFETM) Zirvə Toplantısının iştirakçıları forumun beynəlxalq təşkilata çevrilməsi ilə bağlı bəyanat qəbul ediblər.

Bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada AQFETM sammitində deyib.

“Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin transformasiyası ilə bağlı Astana bəyanatı qəbul edilmiş hesab olunur”, - deyə o bildirib.

AQFETM-in mətbuat xidməti qeyd edib ki, söhbət forumun statusunun dəyişdirilməsindən və beynəlxalq təşkilata çevrilməsindən gedir.

Şəffaflıq.az


Geri qayıt